Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dos. Elza Səmədli Türkiyə Cumhuriyyətinin Türk Dil Kurumu tərəfindən 2021-ci il sentyabrın 26-30-da Ankarada onlayn təşkil edilən IX Türk Dili Qurultayında “Türkiyə və Azərbaycan türkcəsindəki sadə feillərin semantik təsnifatı” adlı (Semantic Classification of Basic Verbs in Turkish and Azerbaijani) məruzə ilə çıxış etmişdir.