2021-ci il sentyabrın 24-də tehsil-press.az saytı Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri dosent Telman Nüsrətoğlunun İstanbulda təşkil olunan VII Beynəlxalq Mavi Qara dəniz Konfransında məruzə etməsi haqqında xəbər yayımlayıb.
Xəbərdə qeyd olunur ki, məruzəçi Cənubi Qafqaz və Orta Asiya regionunda yaranan yeni geosiyasi vəziyyətin əsas istiqamətləri, Türkiyənin bu bölgələrdə artan nüfuzu və Türkiyə-Rusiya münasibətlərinə təsiri məsələlərindən danışıb.