2021-ci il sentyabrın 14-də Sabunçu rayonunun Gənclər Evi ASAN könüllüləri üçün “Qafqaz İslam Ordusu və Bakının Qurtuluşu” mövzusunda sərgi-konfrans keçirib.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Telman Nüsrətoğlu müzəffər Qafqaz İslam Ordusunun Gəncədən başlayan hərbi əməliyyatlarının gedişi, Azərbaycan-Türkiyə qardaşlığının döyüş cəbhələrində daha da bərkiməsi və 1918-ci il sentyabrın 15-də Bakının bolşevik-erməni işğalından azad edilmə prosesi ilə bağlı geniş məruzə edərək, gənclərin suallarını cavablandırıb.