2021-ci il sentyabrın 2-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi və doktorantı Nilufər Əlizadə Mədəniyyət TV-də yayımlanan “Səhər çağı” proqramının qonağı olub.
Psixoloq proqramda insanların yay tətilindən sonra işə və akademik mühitə adaptasiya problemləri, yarana biləcək depressiv simptomlar haqqında məlumat verdikdən sonra, izləyicilərə bu kimi halların aradan qaldırılması üçün praktik üsullar təqdim etmişdir.