Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Nilufər Əlizadənin “Klinik psixologiya üzrə onlayn magistratura diplomu” ("Online Postgraduate Diploma in Clinical Psychology") adlı tədqiqat işi ABŞ-ın Fullbright İnkişaf Fakültəsi Proqramının (Fullbright Faculty Development Proqram) qalibi olub.
Təqdiqat işi Azərbaycanda psixologiya sahəsində mövcud problemlərdən birinin həllinə fokuslanmışdır. Tədqiqat işi 2022-ci ilin yanvar-may ayları ərzində Arkanzas Universitetində (University of Arkansas) aparılacaq.