2021-ci il avqustun 10-da Zirə Ekoloji Parkında BMT və Azərbaycan Respublikası Ekologiya Nazirliyinin təşkilatçılığı ilə “İqlim fəaliyyətinə dair innovativ həllərin tətbiqi” (Implementation of Innovative Solutions on Climate Action) adlı tədbir keçirilmişdir.
Tədbirdə Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov “İqlim fəaliyyətləri və suya əlçatanlıq” (“Climate Actions and Access to Water”) mövzusunda məruzə etmişdir.
Tədbirdə nazirlik nümayəndələri, BMT-nin gənc səfirləri, ictimaiyyət nümayəndələri çıxış etmişlər.