2021-ci il avqustun 11-də axar.az saytında Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlunun müsahibəsi dərc edilmişdir.
“Dərələyəzin işğalından 101 il ötdü: - necə qaytaraq?” başlığı ilə verilmiş müsahibədə tarixçi alim Çar hökuməti tərəfindən qərəzli niyyətlə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması, SSRİ hökuməti tərəfindən isə həmin torpaqlarda Ermənistan dövlətinin yaradılması prosesinə nəzər salır və tarixi ədalətin yalnız həmin torpaqların Azərbaycana qayatrılması ilə bərpa olunacağı fikrini əsaslandırır.
Müsahibəni digər saytlar da dərc etmişlər.