11 müsəlman ölkəsində dindarlıq və intihar davranışına dair ortaq bir layihənin üçüncü araşdırma məqaləsi “Journal of Affective Disorders” jurnalında dərc edilmişdir. Xəzər Universiteti Psixologiya departamentinin müəllimi və tədqiqatçısı Ülkər İsayevanın həmmüəllifi olduğu məqalə “11 millətdən olan müsəlman kollec tələbələri arasında intihar düşüncəsi və intihar cəhdlərinin mədəni və şəxsiyyətlərarası risk faktorları” adlanır.