2021-ci il iyunun 24-də ARB 24 televiziya kanalı Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasovla geniş müsahibə keçirmişdir.
Verilişdə Azərbaycan ərazisində məişət tullantılarının toplanması, çeşidlənməsi və emal olunması problemləri müzakirə olunmuşdur.
Rövşən Abbasov ölkə ərazisində bu tip tullantıların yığılma problemləri haqqında danışarkən, ilk növbədə tullantıların emal müəssisələrinin yaradılmasının vacib olduğunu vurğulamışdır.
Eyni zamanda, qeyd edilmişdir ki, istehlakçılar arasında məsuliyyətin yaradılması və çeşidlənmə zamanı onların birbaşa iştirakı təmin olunmalıdır.