Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müəllimi Dr. Elmar Mustafayevin “Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa İttifaqının dəyər və maraqları: Fransanın təktərəfli mövqeyi” adlı məqaləsi Scopus indeksli "Insight Turkey" jurnalında dərc olunmuşdur.
Ərazi bütövlüyü məsələsini Avropa İttifaqının dəyər və maraqları prizmasıdan araşdıran elmi məqalədə müəllif Fransanın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinin Avropa İttifaqı dəyər və maraqlarına uyğun olmadığını göstərir.