2021-ci il mayın 21-də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti qonaq professor Dr. Hadidi`nin təqdimatı ilə “Ingilis dilində roman oxumağın 4 əsas prinsipi: qabaqcıl tələbələr üçün fərqli nöqteyi-nəzər” mövzusunda virtual seminar keçirmişdir.
Seminarda 80-dən çox iştirakçı olub. Xəzər Universitetinin əməkdaşları, magistr və doktorantura tələbələrindən başqa Azərbaycanın və digər xarici ölkələrin təhsil qurumlarından da seminara qoşulmuşlar.