Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2215 Arxiv
XƏBƏRLƏR
12 Fevral, 2026"Sİ-nin real dünyaya təsiri" mövzusunda seminar
10 Fevral, 2026Xəzər Univeriteti və “Dünya” Məktəbinin əməkdaşlığı çərçivəsində “Süni İntellekt, Rəqəmsallaşma və Ali Təhsilin Gələcəyi” mövzusunda panel müzakirə keçirildi
09 Fevral, 2026Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin direktoru Fərid Musayev  İctimai TV-də
06 Fevral, 2026Qərbi London Universitetinin nümayəndələri  "Xəzər"də
30 Yanvar, 2026Xəzər Universiteti Nature Index reytinqində tədqiqat nəticələrinə görə Azərbaycanda birinci yeri tutub
29 Yanvar, 2026Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
26 Yanvar, 2026Nailəxanım Təqaüd Proqramının qalibi mükafatlandırılıb
22 Yanvar, 2026Universitetin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
21 Yanvar, 202620 yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunan anım tədbiri
26 Dekabr, 2025Khazar Talks-3: “Çinin xarici siyasəti: konsepsiyalar, aktorlar və regional dinamikalar” mövzusunda akademik seminar  

“Dünya” jurnalının tanınmış pedaqoq Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb

“Dünya” jurnalının tanınmış pedaqoq, “Dünya” məktəbinin qurucusu Nailəxanım İsayevanın xatirəsinə həsr olunmuş 60 səhifəlik xüsusi buraxılışı Xəzər Universitetinin mətbəəsində çapdan çıxıb.

Jurnalın üz qabığında Hamlet İsaxanlının “Sənsizlik” şeirindən misralar verilmişdir. Xüsusi buraxılışda sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “Dünya” məktəbinin himni oxuculara təqdim olunur.

Jurnalda “Dünya” məktəbinin rəhbərləri və əməkdaşlarının, məzunlarının, Xəzər Universiteti əməkdaşlarının, Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin məqalə və xatirələri, jurnal boyu müəyyən səhifələrdə Nailəxanım İsayevanın çıxış və müsahibələrindən çıxarışlar, həyat və fəaliyyətini əks etdirən fotolar, ona həsr olunmuş şeirlər dərc edilmişdir.

Jurnal riyaziyyat üzrə elmlər doktoru, professor, əməkdar müəllim, Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədovun məqaləsi ilə açılır. Müəllif həmin dövrdə təhsil nazirliyinin işçisi kimi Xəzər Universiteti və “Dünya” məktəbinin yaranması və təşəkkülü prosesindən bəhs edir.

“Dünya” Təhsil Kompleksinin direktoru Nazpəri Bayramova, Azərbaycan və rus bölmələrinin tədris işləri üzrə direktoru Mərufə Mədətli, Azərbaycan bölməsi üzrə direktor müavini Aləmzər Cabbarova, rus bölməsinin koordinatoru Leyla Cəbrayılova, IB məktəbinin koordinatoru Rəna Həsənova, kitabxana müdiri Mədinə Karahan, şahmat müəllimi, FIDE ustası Elşad Rzayev, əməkdaş Rita Quliyeva, “Dünya Ana Məktəbi”nin direktoru Mehriban Tağıyeva, Sumqayıt “Dünya” məktəbinin direktoru Çiçək Qaracayeva, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədli, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi Firəngiz Nəsirova və Tətbiqi Sənət Muzeyinin direktoru, xalçaçı rəssam Afaq Kərimovanın məqalə və xatirələri dərc olunmuşdur. Nailəxanım İsayeva ilə çiyin-çiyinə çalışmış müəlliflərin məqalə və xatirələrində o, maarifçi ziyalı, səriştəli rəhbər, zərif qəlbli insan kimi səciyyələndirilir.

Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri – xalq artistləri rejissor Ramiz Həsənoğlu, müğənnilər Brilliant Dadaşova, Gülyanaq Məmmədova, İlqar Muradov, həmçinin əməkdar artist Nuriyyə Hüseynova Nailəxanım İsayevadan istedadlı musiqiçi, bəstəkar kimi söz açır, onunla iş birliyindən xatirələrini bölüşürlər.

“Dünya” məktəbinin məzunları – Ülkər Qaracalı, Sevinc Hacıyeva, Niftalı Qasımlı, Ziya Rzalı, Səma Namazlı, Toğrul Məmmədov, Pərvanə Yusifova, Aytac Akif Xaqani, Fuad İslamlı, Nərgiz Yusifli Abdullayeva, Esmiralda Şirinova öz yazılarında məktəbdə keçirdikləri təhsil illərindən,

yaradılmış tədris şəraitindən, Nailəxanım İsayevanın bir direktor və pedaqoq kimi həyatlarında qoyduğu izdən söz açır, “Dünya” məktəbinin ondan qalan bir irs olduğunu vurğulayırlar.

Xüsusi buraxılışda Nailəxanım İsayevaya həsr olunmuş şeirlər – Hamlet İsaxanlının “İkimizdən birimiz”, “Dünya” məktəbinin müəllimi Gülüstan Sadıqovanın “Məhkum olduq həsrətinə”, əməkdaşı Münəvvər Bayramlının “Nailəxanıma...” adlı şeirləri, sözləri Hamlet İsaxanlının, musiqisi Nailəxanım İsayevanın olan “İnciçiçəyi” mahnısının mətni dərc olunmuşdur.

Qeyd edilməlidir ki, “Dünya” məktəbinin İctimai əlaqələr və media şöbəsi maraqlı və mənalı xüsusi buraxılış hazırlamağa nail olmuşdur.

Xüsusi buraxılış facebook`da yerləşdirilmişdir:

https://cloud.mail.ru/stock/nFwrRV1CGRKgbj2iB1rAmuLv 

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026