2021-ci il mayın 7-də Erasmus+ UniLab layihəsi çərçivəsində Xəzər Universiteti Inkişaf Mərkəzi növbəti tədbir keçirmişdir. Tədbirdə UniLab layihəsi çərçivəsində hazırlanmış “Mövcud və yeni universitet-biznes əməkdaşlığını inkişaf etdirmək üçün strateji plan” adlı sənəd universitetin departament rəhbərlərinin müzakirəsinə təqdim olunmuşdur.
Departament nümayəndələri tərəfindən sənədin ümumilikdə çox əhatəli yazıldığı, karyera mərkəzlərinin fəaliyyəti və həmçinin universitetlərdə tələbələrin təcrübəyə cəlb edilməsinin vacibliyi qeyd edildi. Bundan əlavə, departament rəhbərləri sənədin daha da təkmilləşdirilməsi üçün öz təkliflərini irəli sürmüş və əlavələrin layihə koordinatorunun nəzərinə çatdırılmasını tövsiyə etmişlər.