2021-ci il mayın 17-də report.az xəbər portalının Şərqi Avropa bürosu Vadim Getman adına Kiyev Milli İqtisad Universitetinin rektoru Dmitri Lukyanenkodan müsahibə almışdır. Rektor Azərbaycan universitetləri ilə əlaqələrindən bəhs edərkən, Xəzər Universiteti ilə əməkdaşlıqdan da söhbət açaraq, birgə layihələrin həyata keçirildiyini vurğulamışdır.
Həmin müsahibəni aqreqator.az, azerbaycan24.com və digər saytlar da Azərbaycan, rus və ingilis dillərində yayımlamışlar.