2021-ci il aprelin 22-də AZƏRTAC Xəzər Universitetində “Potensial məktəb direktorları” layihəsi üzrə növbəti təlimlərin başlanması haqqında xəbər yayimlamışdır.
Xəbərdə təlimlərin ənənəvi olaraq 3 ay müddətində həftədə 3 dəfə 8 fənn üzrə olmaqla Xəzər Universitetinin müəllimləri tərəfindən onlayn aparılacağı, sonda iştirakçılara sertifikat veriləcəyi qeyd olunur.