2021-ci il martın 12-də Təhsil-Press İnformasiya Agentliyi ABŞ-ın Oklahoma Universitetinin Mikrobiologiya və bitki biologiyası departamentinin professoru Maykl Maklnerni`nin Xəzər Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun dəstəyi ilə “Anaerob mikroorqanizmləri istifadə edərək tullantıların təmizlənməsi və enerji istehsalına yönəldilmiş innovasiyalı həllər” mövzusunda onlayn təlim keçirdiyi haqqında xəbər yayımlamışdır. Təlimdə Xəzər Universiteti və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universitetinin də alim, mütəxəssis və tələbələrinin iştirak etdiyi bildirilir.