2021-ci il fevralın 16-da Xəzər Universitetinin İnkişaf Mərkəzi İngiltərənin Middlesex Universiteti ilə birgə Britaniya Konsulluğu tərəfindən maliyyələşən “Creative Spark” layihəsi çərçivəsində tədbir keçirdi. Görüşün əsas məqsədi Big İdea Challenge yarışması haqqında tələbələri məlumatlandırmaq idi.
Tədbirdə Middlesex Universitetinin professoru Dr. Georgios Dafoulas təqdimatla çıxış etdi. O, yarışmanın şərtləri, mükafatlar, keçən ilki qalibləri haqqında məlumat verdi.
Sonra tələbələrin yarışma haqqında sualları cavablandırıldı.
Virtual görüşdə Xəzər Universitetininin əməkdaşları və tələbələri iştirak edirdilər.