Fevralın 16-da AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlının filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Serqey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində” mövzusunda doktorluq dissertasiyasının ön müdafiəsi (seminar) keçirildi.
Maraqlı müzakirələrlə müşayiət olunan Seminar Şurasında dissertasiyanın açıq müdafiəyə buraxılması tövsiyə edildi. Müdafiənin aprel ayında Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının bazasında yaradılmış Birdəfəlik dissertasiya şurasında keçirilməsi planlaşdırılır.