Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 3020 Arxiv
XƏBƏRLƏR
13 Dekabr, 2025Prof. Akad. Hamlet İsaxanlının kitablarının imza günü
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
11 Dekabr, 2025Xəzər Universitetinin  sabiq müəllimi Ədliyyə Akademiyasının rektoru təyin edilib
11 Dekabr, 2025Departament müdiri Hacettepe və Ankara Hacı Bayram Veli universitetlərində
11 Dekabr, 2025Tələbələr Azərbaycan Milli İncəsənət Muzeyində

Xəzər Universitetinin tələbəsi Ramiz Orucəliyev Koç Universitetində mübadilə təcrübəsini paylaşır

 

Xəzər Universitetinin Psixologiya ixtisası üzrə 3-cü kurs tələbəsi Ramiz Orucəliyev keçən yaz semestrində Koç Universitetində İkitərəfli Tələbə Mübadilə Proqramında iştirakı barədə təcrübəsini bölüşür:

COVID-19 pandemiyası dövründə mübadilə təhsilim haqqında təəssüratımın sizin üçün maraqlı olacağını düşünürəm. Türkiyənin ən yaxşı universitetlərindən birində təhsil almaq təcrübəmdən, oradakı tələbə həyatımdan və İstanbulla bağlı xatirələrimdən danışmaq istərdim.

Əslində, Koç Universitetinə müraciətim gözlənilməz oldu. Beləliklə, birinci semestrin sonunda mübadilə proqramları ilə maraqlanmaq üçün bir qrup yoldaşımla beynəlxalq ofisə getdiyim zaman belə bir imkandan xəbərdar oldum. Qlobal reytinqlərdə yüksək göstəricilərə sahib Koç Universitetinin Xəzər Universiteti ilə tərəfdaşlıq müqaviləsi olduğunu öyrəndikdə, ölkəmizdəki belə bir təhsil müəssisəsində oxumağımla doğru yol seçdiyimə əmin oldum. Əlbəttə ki, bu fürsəti əldən verə bilməzdim və vaxt itirmədən proqrama müraciət etdim. Yüksək akademik və sosial fəaliyyətim qəbul ümidimi artırdı. Müraciət etdiyim gündən sonra rəsmi qəbul olunacağım günü səbrsizliklə gözləməyə başladım. Nəhayət, qəbul ilə bağlı Koç Universitetindən elektron poçt vasitəsi ilə məktub aldım. O ərəfədə ailəmlə özümüzü necə hiss etdiyimizi sözlə ifadə edə bilmirəm. Hələ də o anı xatırlayıram. Yüksək akademik göstəricilərə sahib olan bir universitetdə bir semestr oxumaq fürsəti ... sadəcə əla bir hiss idi.

İstanbul (əhalisi on beş milyona yaxın) Mərmərə dənizini Qaradənizlə birləşdirən və Avropanı Asiyadan ayıran Bosfor sahilində yerləşən böyük bir şəhərdir. Hər il təxminən 13 milyon turistin ziyarət etdiyi, zəngin tarixi mədəniyyətə sahib, eyni zamanda möhtəşəm göydələnləri və binaları ilə müasirliyi simvolizə edən qarışıq şəhər infrastrukturunun xatirələri həyatımın ən yaddaqalan hissəsi oldu. Etiraf edim ki, şəhər Bakı qədər sadə deyil. Bəzən belə inkişaf etmiş şəhərsalma sistemində azdım, amma bundan da zövq aldım. Oxuduğum bütün yerlərdə bənzər bir mədəniyyətin izlərini hiss etdim. Yerli əhali azərbaycanlı olduğumu biləndə mənə xüsusi səmimiyyətlə yanaşdılar. Bir müddət orada qaldıqdan sonra universitetin yerləşdiyi İstanbulun Avropa hissəsində insanların Qərb mədəniyyətinə sahib olma ehtimalının böyük olduğunu başa düşdüm. Bizdən fərqli olaraq gördüm ki, buradakı insanların fərdi yanaşmaları var və istəklərini üstün tuturlar. Buna uyğunlaşma kollektivçi cəmiyyətdən olan biri üçün çətin idi. Universitetin sosial tələbə həyatı çox mühümdür. Semestrin başlamasından 2 həftə əvvəl biz beynəlxalq tələbələr olaraq oriyentasiya günlərinə qoşulduq. Bu günlərdə mentorlarımız bizə universiteti tanıtdılar, tədris binalarını, universitetin möhtəşəm kitabxanasını, idman zallarını göstərdilər və boş vaxtlarımızda universitet daxilindəki fəaliyyətlər haqqında məlumat verdilər. Bu oriyentasiya günlərinə şəhər turları, şəbəkə fəaliyyətləri, mentorlarla səhər yeməyi, gəmisəyahəti və s. daxil idi.

Universitet şəhərin mərkəzindən uzaq, sakit meşəlik bir ərazidə yerləşsə də, qaldığımız yataqxanada, universitetdən 10 dəqiqəlik məsafədə tələbələr üçün hər cür imkanlar yaradıldı. Yataqxananın xaricində kiçik kafe, restoran, bar, böyük istirahət parkları, içəridə isə playstation oyun salonları, fitnes salonu, hovuz, ümumi mətbəx və oxu otaqları, kiçik kitabxana və tələbələr üçün yeməkxana var idi. Bir sözlə, universitetdə hər şeyin olduğunu söyləsəm, şişirtmə kimi düşünülməsin. Universitetdə 100-dən çox tələbə klubu var idi. Oxçuluqdan avarçəkməyə qədər klublardan birinə qoşula bilərdim. Psixologiya Klubunun üzvü idim. Universitetdə xizək sürmək için buz meydançası və Amerika futbol meydançası da var idi. Günlərimin çox hissəsini universitetin ən sevdiyim hissəsi olan Suna Kirac Kitabxanasında keçirdirdim. Kitabxana 4 mərtəbədən ibarət idi. Kitabxananın diqqətəlayiq məqamları: dərslər üçün fərdi və ümumi masalar, ortaq bir layihə hazırlamaq üçün 4-5 nəfərlik xüsusi otaqlar və müəyyən günlərdə hər kəsin əldə edə biləcəyi bir sıra rəqəmsal cihazları icarəyə götürmək imkanı. Kitabxananı bu qədər sevməyimin səbəblərindən biri də birinci mərtəbədəki yumşaq, rahat divanlar idi və tələbələr uzun fasilələrdə bu divanlarda qısa bir yuxu alma imkanıı əldə edirdilər. Əvvəlcə bu qəribə görünsə də, buradakı tələbə mühiti çox rahat və müasir olduğundan bəzən qısa yuxular universitetdə mənim ən sevdiyim fəaliyyətə çevrildi. Şagirdlər burada uzun yorucu dərslərdən sonra enerjilərini bərpa edirdilər. Boş vaxtlarımda ya buz meydançasında xarici tələbələrlə vaxt keçirdirdim, ya kitab oxuyurdum, ya da universitet şoularında iştirak edirdim (teatr, kino, tədbirlər və s.). İstirahət günlərimdə bir turist olaraq İstanbulu araşdırırdım və ya şəhərin digər yerlərində bir psixologiya tələbəsi olaraq pulsuz psixologiya seminarlarına qatılırdım. Xüsusilə də psixologiya tələbəsisinizsə, mübadilə təhsili müddətində bu cür seminar və təlimlərdə iştirak etməyinizi, sahəmizdəki mütəxəssislərlə əlaqə qurmağı və təcrübələrindən istifadə etməyinizi məsləhət görürəm.. Bu cür təcrübələr qazanmaq, həqiqətən, qlobal münasibətlər baxımından gələcək karyeranızda əvəzolunmaz bir fürsətdir. Təcrübələrə Koç Universitetindəki laboratoriyaların iştirakçısı kimi qatılmağınızı tövsiyə edirəm.

Türkiyədə, xüsusilə İstanbulda təhsil almaq istəyən tələbələr üçün tövsiyələrim həm də büdcə baxımından olardı. İstanbul bahalı bir şəhərdir. Təhsil alarkən universitet yataqxanasında qalmağınız, ictimai nəqliyyatda tələbə nəqliyyat kartlarından istifadə etməyiniz, İstanbulun tarixi muzeyləri və mədəniyyəti ilə tanış olmaq üçün tələbələr üçün endirimli muzey kartlarını almağınız münasib ilar. Mübadilə proqramına gələndə universitetinizin şəhərdəki yerləşməsinə diqqət yetirin, çünki İstanbul həqiqətən çox böyük bir şəhərdir. Piyada gəzintiləri sevərsinizsə, Koç Universitetinin yeri sizi məyus edə bilər. Ancaq mübadilə tələbəsi kimi təhsil əsas prioritetinizdirsə və yuxarıda sadaladığım imkanlar sizi qane edirsə, tərəddüd etmədən Koç Universitetini seçməyinizi və bu təcrübələri əldə etməyinizi məsləhət görürəm.

Təəssüf ki, qlobal pandemiya səbəbindən təhsilimin son iki ayında ölkəmə qayıtmalı oldum. Beləliklə, qaydalara görə 14 gün karantində qaldım. Sonra təhsilimi onlayn olaraq davam etdirdim. Mübadilə təhsilimin belə çətin günlərə təsadüf etməsinə görə məyus olsam da, heç bir xoşagəlməz hadisə oradakı xoş xatirələrimi və universitetin akademik təhsilin yeni şəraitə yüksək səviyyədə uyğunlaşması barədə düşüncələrimə təsir edə bilməz.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025