2020-ci il sentyabrın 9-dan 25-dək keçirilən Kənd Təsərrüfatı Nazirliyinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (ƏKTT) təşkil etdiyi “Azərbaycanda iribuynuzlu damazlıq heyvanların effektiv yetişdirilməsi və yemlənməsi sistemlərinin yaradılması yolu ilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi” layihəsində Xəzər Universiteti Həyat elmləri departamentinin rəhbəri Asəf Ömərov təlimçi kimi iştirak edir. Təlimdə məqsəd damazlıq işi üçün müvafiq strategiyanın işlənib hazırlanması, süni mayalanma və yemləmə sistemləri üçün xidmətlərin gücləndirilməsi yolu ilə iribuynuzlu heyvandarlıqda məhsuldarlığın yaxşılaşdırılmasıdır. Nəzəri hissəsi onlayn şəkildə keçirilmiş təlimlərin praktik hissəsi hazırda davam edir.
Qeyd edək ki, Asəf Ömərov adı ötən layihədə BMT-nin ƏKTT-nin yerli məsləhətçisi seçilmişdir.