2019-cu il noyabrın 24-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin və Təhsil Nazirliyinin Təlim-tədris şöbəsinin birgə təşkilatçılığı ilə təhsil nümayəndələri üçün “Gender və su idarəçiliyi” mövzusunda təlim təşkil olundu. Təlimdə təhsil nümayəndələrinə gender məsələləri, bunun təhsil sahəsinə təsirləri, eləcə də, inteqrasiyalı su idarə edilməsi haqqında ətraflı praktiki məlumatlar verildi.