2019-cu il oktyabrın 24-də İngilis dili və Ədəbiyyatı departamentinin müəllimi Jordan Troisinin “Writing an Engaging Personal Statement for all kinds of Applications” adlı seminarı keçirildi. Seminarda İnglis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Bahman Amani, Xəzər Universitetinin professor-müəllim heyəti və Xəzər Universitetinin doktorant tələbələri iştirak edirdilər.
Seminar diskussiya şəklində davam etdi, Jordan Troisi sualları cavablandırdı.