Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 1901 Arxiv
XƏBƏRLƏR
06 Mart, 2026Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium
05 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
05 Mart, 2026“Xəzər” in departament direktoru AzTV-də
04 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir  
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir
03 Mart, 2026Xəzər Universiteti nümayəndə heyətinin Çinə işgüzar səfəri  
03 Mart, 2026Prof.Akad. Hamlet İsaxanlıya “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi (1945-2025)" döş nişanı təqdim olunub
03 Mart, 2026“100-cü ilində Bakı Türkoloji Qurultayı – Anım Toplantısı” beynəlxalq elmi simpozium keçirildi
26 Fevral, 2026Xəzər Universiteti ilə Azerbaijan Poultry Company və Azerbaijan Fish Farm arasında Anlaşma memorandumu imzalanıb
24 Fevral, 2026Universitetlər arasında Anlaşma Memorandumu imzalanıb

​“Xəzər”in tələbəsi olmaq...

2012-ci il... Avqust ayı... Xəzər Universitetinin Psixologiya ixtisasına qəbul olduğumu öyrəndim. Doğrusunu etiraf etsəm, bu xəbər məni çox da sevindirməmişdi. 4-cü qrup üzrə imtahan verən abituriyent olaraq, ATU-də tələbə adını almaq üçün çalışırdım. O zamanlar TQDK üzrə hesablanmış balım digər dövlət və özəl universitetlərin qəbul şərtini ödəsə belə, ailəm və mən yalnız Xəzər Universitetini seçəcəyimizə qərar vermişdik artıq.

Təbii ki, o zaman indikindən fərqli olaraq bir işə başlamamış ciddi araşdırmalar edən, analiz edərək mənfi və müsbətlərini ayırd edərək öz qərarlarımı verməkdən və bunun məsuliyyətini dərk etməkdən çəkinməyən biri deyildim. Bəlkə də o yaşda bu kimi xüsusiyyətlərimin tam olaraq inkişaf etməyini də gözləyə biməzdim. Cəmiyyətdə hər zaman problem olaraq gördüyüm və ən azından ətrafımda bu məsələyə qarşı diqqət çəkmək istədiyim məqamlardan biri də çox az valideynin övladlarını məktəb dövründən bu xüsusiyyətlərə yiyələndirək – sərbəst qərarlar verəcək şəkildə - formalaşdırmamasıdır. Bu isə başqa bir məqalənin müzakirə mövzusu olsun.  Uzun sözün qısası, indiki kimi nə universiteti internet vasitəsilə çox araşdırdım, nə də orada oxuyan tələbələri axtarıb tapıb mənimlə təcrübələrini bölüşməyini istədim. Bəlkə də, bunun başqa səbəbi də var idi. Əslində, Xəzər Universiteti ilə qiyabi tanışlığımız çoxdan olmuşdu. Yaxın qohumlarımdan bir neçə nəfər hələ universitet qurulan zamandan orada müəllimlik edirdi. “Elə bil ki, xarici universitetdəsən”, “Tələbələr rahatlıqla müəllimlərlə elmi mübahisəyə girə bilir və bunun qarşılığında heç kimim balı kəsilmir”, “Oxumasan hətta, 10 ilə belə universitetdən məzun ola bilməyən tələbələrimiz var,” “İstədiyiniz vaxt pilləkənlərdə də, kitabxanada da bir yerə yığışıb imtahana hazırlaşan və ya yeni ideyaları müzakirə edən tələbələri görə bilmək mümkündür”… kimi fikirləri, hətta Amerikanın bir neçə nüfuzlu universitetlərində müəllimlik təcrübəsi olan bu mütəxəssislərdən çox eşitmişdim. Təbii ki, artıq bu fikirlər məndə universitet və mənim gələcək tələbə həyatım haqqında bir ideya yaratmışdı.

Əminəm ki, bu il Xəzər Universitetinin tələbə adını qazanmış abuturiyentlər də maraqla uşaqlıqdan bizim üçün azadlığa atılmış bir addım kimi göstərilən tələbə həyatını yaşamağı maraqla gözləyir və bunun üçün tələsirlər. Tələbə adını qazanmaq artıq məsuliyyətlərini dərk etmək, məqsədlərə nail ola bilmək üçün hədəflərini müəyyənləşdirmək deməkdir mənim üçün. Əminəm ki, yüzlərlə, minlərlə “Xəzər” tələbəsi öz hekayələrini qələmə alsalar, mənimki ilə çox bənzər olacaq. “Xəzər”in tələbəsi olmaq mənim üçün bu gün formalaşdığm və əminəm ki, bundan sonra da gəlib çatacağım məqam üçün ən gözəl xüsusiyyətlərin inşikafına təkan verdi. 4 il ərzində tələbələrə sadəcə dərslərə qatılaraq imtahan verməkdən qat-qat çoxunu – şəxsi keyfiyyətlərinin inkişafı üçün bir cığır göstərən, hədəflərinizi müəyyən etməkdə sizə yardım edən, günümüzdə çox aktual olan azad analiz qabiliyyətini qazandıran, sərbəst fikir yürütmə bacarıqlarınızı, insani xüsusiyyətlərinizi, gələcək kariyeranızda formalaşmağınız üçün lazimi bütün xüsusiyyətlərinizi, bir sözlə, cəmiyyətə yararlı ola biləcək fərd kimi formalaşmağınız üçün sizə geniş bir platforma təqdim edir. Bundan istifadə etmək isə, əziz tələbələr, sizin öhtənizə düşür.

Tələbə olduqdan sonra həyatımda çox şey dəyişdi. Bir zamanlar, Xəzər Universitetinin müəlliməsi Firəngiz Nəsirovanın: “Zaman gələcək “Xəzər”in tələbəsi olduğun üçün sevinəcəksən,” dediyi vaxtın gəlib çatdığını anladım. Artıq Xəzər Universitetini bitirib, magistr təhsilimi İngiltərənin Koventri Universitetində tamamlayıb, Xəzər Universitetinin müəllimpsixoloqu və doktorantı kimi fəaliyyətimi davam etdirirəm.

Universitetə qəbul imtahanlarına hazırlaşdığım zaman atamın çox sevdiyim, amma o zaman üçün dərk etmədiyim bir sözü var idi: “Məqsədlərini müəyyən etmək yolun yarısını getmək deməkdir”. Əmin olun ki, universitetə qəbul olduqdan 4 il sonra bu təhsil müəssisəsini hansı formada, hansı bacarıqlar və bilikləri, uğurları əldə edərək, çıxmağı planlayır və hədəf kimi qarşınıza qoyursunuzsa, artıq 50% buna çatmağa nail olacaqsınız deməkdir. Geridə isə qoyulan hədəflər üçün səylə çalışmaq, ətrafınızdakı müəllim-professor heyətindən, mütəxəssislərdən maksimum yararlanmaq və tələbəliyinizi keyfiyyətli şəkildə, doya-doya zövq alaraq yaşamaq qalır!

Nilufər Əlizadə

Psixologiya departamentinin müəllimi

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026