Xəzər Universiteti Birləşmiş Krallığın Middlesex Universiteti ilə əməkdaşlıqda 2019-cu il üçün elan olunmuş “Creative Spark” proqramının qalibi olmuşdur. Bu əməkdaşlıqda məqsəd Dizayn ixtisasında təhsil alan tələbələrin biznes bacarıqlarını inkişaf etdirməkdir.
Layihə çərçivəsində seçilmiş tələbə və müəllim heyətinin Middlesex Universitetində təlim alması nəzərdə tutulur. Proqramın iştirakçılarının ilk görüşü bu ilin sentyabr ayının 2-4-də Oxfordda baş tutacaq.