Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2393 Arxiv
XƏBƏRLƏR
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
05 Noyabr, 2025Xəzər Universitetinin yeni nəşri: “Koreya xalq nağılları”
04 Noyabr, 2025“Alumni Breakfast”– məzunları bir araya gətirən görüş
04 Noyabr, 2025“I Dünya Savaşında Nargin’də Osmanlı Esirleri (Azerbaycan Türklerinin Esirlere Yardımları)” adlı kitabın təqdimatı
04 Noyabr, 2025Departament müdirinin məqaləsi “Eurasian Research Journal”-da
04 Noyabr, 2025Departament müdirinin “TRT World” kanalına müsahibəsi

Dədə Qorqud dastanlarına həsr olunmuş beynəlxalq simpozium

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə Xəzər Universitetinin “İkinci Beynəlxalq Unudulan Sözlər Yaşadılsın – Dədə Qorqudun İzində / Sözündə” adlı birgə layihəsi çərçivəsində 2019-cu il iyulun 26-da Gəncə Dövlət Universitetində növbəti tədbir – Beynəlxalq Gənclik Simpoziumu keçirildi.

Qeyd edək ki, AMEA Folklor İnstitutu, Bayburt Bələdiyyəsi, Türkmənistan Elmlər Akademiyası, Qırğızıstanın Manas Universiteti, Qazaxıstanın Əhməd Yəsəvi Universiteti, Özbəkistan Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutu kimi nüfuzlu elm və təhsil müəssisələri layihəyə dəstək verirlər. Layihənin məqsədi Dədə Qorqud dastanlarında adı çəkilən şəhər, çay, dağ və s. yerləri gənc nəslə tanıtmaq, onlara vətənpərvərlik və millilik ruhu aşılamaqdır.

Layihədə Türkiyə və Azərbaycanın elm və təhsil müəssisələrinin alim və mütəxəssisləri, orta məktəb müəllimləri və şagirdləri iştirak edirlər.

Layihə iştirakçıları Türkiyənin Ankara, Trabzon və Bayburt, Gürcüstanın Batumi və Tbilisi şəhərlərində tədbirlər keçirərək, Gəncəyə gəlmişdilər.

Gəncə Dövlət Universitetində tədbirin açılışı Azərbaycan və Türkiyə respublikalarının dövlət himnlərinin ifası ilə başlandı. Universitetin İnnovasiyalar departamentinin direktoru Dr. Vasif Həsənov iştirakçıları salamladıqdan sonra Tarix-coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə çıxış edərək, tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını nəzərə çatdırdı.

Layihənin Türkiyə üzrə elmi rəhbəri, Ankara Universitetinin professoru Üçler Bulduk, Xəzər Universiteti “Xəzər Xəbər” jurnalının baş redaktor müavini, əməkdar jurnalist Əlirza Balayev, simpoziumun qonağı – Koreyanın Seul Dövlət Universitetinin Türkoloji Araşdırmalar Mərkəzinin direktoru Dr. Eunkyung Oh, Yasemin Karakaya Elm və Sənət Mərkəzinin əməkdaşı Selma Köseoğlu, AMEA Folklor İnstitutunun Xarici Əlaqələr Bölməsinin müdiri Əli Şamil və Akdeniz Universiteti Gözəl sənətlər fakültəsinin əməkdaşı Mehmet Sağ, Azərbaycan Britaniya Kollecinin müəllimi Xədicə Babayeva, Sumqayıt Şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin müəllimi Aidə Ələkbərova, İsmayıllı rayonunun Ceyhun Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinin müəllimləri Aytən Kazımlı və Tünzalə Abdullayeva açılış mərasimində çıxış edərək, möhtəşəm layihənin həm ümumilikdə, həm də müxtəlif istiqamətlərinin mühüm əhəmiyyətindən bəhs etdilər.

Fasilədən sonra simpozium Əli Şamil və Üçler Buldukun moderatorluğu ilə iki bölmədə işini davam etdirdi. Türkiyə universitetlərinin tələbələri - Serkan Karagöz, İsmail Sefa Urhan, Emine Temel və digərləri, Xəzər Universitetinin tələbəri - Aydan Quliyeva (birinci kurs, tarix ixtisası, “Dədə Qorqud sovet dönəmində”), Fatma Əliyeva (birinci kurs, tarix ixtisası, “Dədə Qorqud dastanlarındakı atalar sözlərinin qarşılığı”) və Sabir Hüseynov (ikinci kurs, dizayn ixtisası, “Dədə Qorqudu rəsm edərkən”) Dədə Qorqud dastanları mövzusundakı tədqiqatlarını təqdim etdilər.

Bağlanış mərasimində Üçler Bulduk simpoziumun işini yekunlaşdırdı, Gəncə Dövlət Universitetinə təşəkkürünü bildirdi.

İyulun 27-də simpozium iştirakçıları Ağstafa və Qazax rayonlarına səfər etdilər. Ağstafa Rayon Mədəniyyət Mərkəzinin önundə qonaqlar səmimi qarşılandılar. Rayon ziyalılarının və mədəniyyət işçilərinin toplaşdığı Mədəniyyət mərkəzində rəsmi və bədii hissədən ibarət geniş tədbir oldu. Uçler Bulduk, layihənin icraçı rəhbəri, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi Aynur Qəzənfərqızı çıxış edərək, layihə haqqında məlumat verdilər. Mehmet Sağ Qafqaz azərbaycanlılarına həsr etdiyi şeirini oxudu. Bədii hissədə Ağstafa, Qazax və Tovuzun tanınmış saz-söz ustalarının geniş proqramlı konserti təqdim olundu. Sonda Ağstafa Regional Mədəniyyət İdarəsinin rəis müavini Gülgün Kərimov və Uçler Bulduk çıxış edərək, hədiyyələr təqdim olundu. Sonra layihə iştirakçıları Qazax rayonuna gedərək, “Dədə Qorqud” Abidə Kompleksində, Tarix-Diyarşünaslıq Muzeyində və Dövlət Rəsm Qalereyasında oldular.

Layihə iştirakçıları Bakıya döndükdən sonra Qazaxıstana yola düşdülər. Oradan isə onları Özbəkistan, Türkmənistan və Qırğızıstana səfərlər gözləyir. Türkiyədən başlanan layihə proqramı Türkiyədə başa çataçaq.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025