2019-cu il iyunun 27-dən 30-dək Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı dosent Elza Səmədova Trakya Universiteti, Namık Kemal Universiteti, Marmara Universiteti, Beynəlxalq Balkan Universiteti və “Turkish Studies” jurnalının Makedoniyada birgə təşkil etdiyi “5-ci Beynəlxalq Sosial Elmlər Simpozium”unda “XX əsr Qərb elm, sənət və ədəbiyyatının Türk mədəniyyəti içində öz yerini tutmasında Əli bəy Hüseynzadənin rolu” mövzusunda çıxış etmişdir.