2019-cu il iyunun 27-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Nəsillərin debatı” proqramında psixoloq ekspert kimi çıxış etdi. Proqramın müzakirə mövzusu qadınların erkən ailə həyatı qurması, karyera qurmağın ailə həyatına təsirləri idi. Müzakirə zamanı auditoriyada əyləşən müxtəlif universitetlərin tələbələri də öz fikirlərini səsləndirdilər.
Proqram 2019-cu il iyulun 4-də saat 13:30-da yayımlanacaq.