Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 4097 Arxiv
XƏBƏRLƏR
15 May, 2026“Khazar Talks-4” : Emi Karlon`un iştirakı ilə seminar  
15 May, 2026Türkiyənin Kafkas Universitetinin nümayəndələri “Xəzər”də  
13 May, 2026Prof.Akad. Hamlet İsaxanlı beynəlxalq elmi konfransda
07 May, 2026“Xəzər”in rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda iştirak edib
06 May, 2026Xəzər Universitetinin rektoru Londonda keçirilən beynəlxalq təhsil transformasiyasında liderlik forumunda
06 May, 2026“Xəzər”in  rektoru London Universitetində keçirilən beynəlxalq forumda
23 Aprel, 2026Xəzər Universitetinin rektoru Gəncədə forumda iştirak edib  
23 Aprel, 2026“Xəzər”in rektoru “İnklüziv təhsildən inklüziv cəmiyyətə” adlı  beynəlxalq  konfransda  
15 May, 2026Üçüncü kurs tələbələri üçün mühazirə
15 May, 2026“Xəzər”də elmi-praktik forum  

2-ci “Tək Sağlamlıq: problemlər və həllər” mövzusunda konfrans oldu

2019-cu il mayın 24-ü və 25-də Xəzər Universitetində “Tək Sağlamlıq: Problemlər və həllər” mövzusunda II beynəlxalq konfrans keçirildi.

Konfrans Xəzər Universiteti ilə Azərbaycan Tibb Universiteti, AMEA-nın Biofizika İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirildi.

Beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Qazaxstan, Gürcüstan və ABŞ-dan müvafiq elm sahələrinin mütəxəssisləri iştirak edirdilər. Konfransda Azərbaycanın Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat, Kommunikasiya və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Nizami rayonu Bələdiyyəsinin nümayəndələri iştirak edirdilər. Konfrans MEDEKS Tibb Şirkəti tərəfindən dəstəklənirdi.

Konfransı giriş sözü ilə konfransın sədri, Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova açaraq, iştirakçıları salamladı və universitetdə son 2 il ərzində Tək Sağlamlıq sahəsində aprılan işlər haqqında hesabat verdi. Bu işlərə Xəzər Universitetində Tək Sağlamlığa aid tədqiqat işləri, hər il Dünya Tək Sağlamlıq gününə həsr edilmiş simpoziumların keçirilməsi, tələbələrə Tək Sağlamlıq mövzularının “Mülki müdafiə və tibbi biliklərin əsasları” fənninin tərkibinə daxil edilməsi, Harvard Universiteti tərəfindən təsis olunan Beynəlxalq Tələbələr Tək Sağlamlıq İttifaqının 25 ölkədən olan 1000 nəfərdən çox iştirakçılar ilə keçirilən onlayn vebinarda Xəzər Universitetinin doktorant tələbələrinin təqdimatı daxil idi (https://docs.google.com/presentation/d/1LsS-klDLvPVXP6eE77T3poj7osveqUDcAAShdi3w1t4/edit#slide=id.g50245e6716_1_4).

Sonra proqram üzrə məruzələrin dinlənilməsinə başlandı. İki gün ərzində ümumilikdə 30-a qədər məruzə dinlənildi. Mövzular üzrə hər bölmədən sonra geniş sual-cavab sessiyaları keçirildi. Konfransın başlandığı gündən gənc tədqiqatçıların posterləri stendlərdən asılmışdı və fasilələr zamanı təqdimatları keçirilirdi. Tədbirdə poster təqdimatlarının müsabiqəsi də keçirildi, 5 nəfərdən ibarət Beynəlxalq Münsiflər Heyəti tərəfindən qiymətləndirildi və qaliblər elan edildilər. Münsiflər Heyətinin sədri Amerika Birləşmiş Ştatları Viskonsin Universitetinin professoru Robert Jecklin 3 ən yaxşı posterlərin təqdimatçılarını təbrik edərək, onlardan yalnız birinin qalib olduğunu elan etdi. Poster təqdimatının qalibi Qazaxıstandan Nazarbayev Universitetinin Tibb fakültəsinin ictimai sağlamlıq üzrə magistr tələbəsi Arailym Nurmasheva oldu.

Konfransın bağlanış mərasimində konfransın panel üzvləri və sədri konfransın işini yekunlaşdırdı. Növbəti konfransın 3 noyabr –Dünya Tək Sağlamlıq gününə həsr edilməsi və 2020-ci il noyabrın 3-ü və 4-də keçirilməsi qərara alındı.

Sonda qeyd edildi ki, konfrans Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş, Protokol №:24.05.2019 N-15 əsasında akkreditasiya olunaraq, konfransın hər bir iştirakçısına 16 bal verilmişdir.

Facebook Instagram Instagram X LinkedIn Telegram Telegram Chat YouTube
PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2026