Hər gün, hər saat mükəmməlliyə doğru!
  • AZE
  • ENG
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  • Karyera və Məzunlar
  • Kitabxana
    • Haqqımızda
    • Əsasnamə
    • Elektron Resurslar
    • Research
    • Kolleksiyalar
    • Xidmətlər
  • Tələbə həyatı
  • eiLink
  • Sustainability
  • SIMS
  • Webmail
  • Əlaqə
  • AZE
  • ENG
Hər gün, hər saat mükəmməlliyə doğru!
  • HAQQIMIZDA
    • Xəzərə qısa nəzər
    • Rəsmi sənədlər
    • Hesabatlar
    • Xəzərlilər
    • Xəzər Media
    • Ofislər və xidmətlər
    • Universitet həyatı
    • İctimai və xeyriyyə layihələri
    • İncəsənət, əyləncə və idman
    • Kataloq
    • Dünya məktəbi
    • Vakansiyalar
    • Bizimlə əlaqə
  • AKADEMİK
    • Fakültələr
    • Akademik Departamentlər
    • İnstitut və Mərkəzlər
    • Əlaqələr
    • Akademik Siyasət
    • Akademik Təqvim
    • Dərslərin Qısa Təsviri
    • Nəşrlər
    • Dissertasiya Şurası
  • QƏBUL
    • Bakalavr Pilləsinə Qəbul
    • Magistr Pilləsinə Qəbul
    • Beynəlxalq Əlaqələr
    • Dinləyici Tələbələr
    • Maliyyə Yardımı
    • Potensial Tələbələr
    • Ümumi Qaydalar və Prosedurlar
  • TƏDQİQAT
    • Ümumi Araşdırma
    • eiLink Tədqiqat və İnkişaf Mərkəzi
    • Tədqiqat Mərkəzləri və Laboratoriyalar
    • Jurnallar / Periodik Jurnallar
    • Xəzər Universitetinin Nəşrləri
    • Konfranslar, Görüşlər və Seminarlar
  • XƏBƏR/ELAN
    • XƏBƏRLƏR
    • ELANLAR
    • NƏŞRLƏR
  • BEYNƏLXALQ ƏLAQƏ
  • ISBN XİDMƏTLƏRİ
  1. Ana səhifə
  2. XƏBƏRLƏR
Çap edin 2557 Arxiv
XƏBƏRLƏR
28 Noyabr, 2025Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva beynəlxalq konfransda çıxış etmək üçün Çinə səfər edib
23 Oktyabr, 2025Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının və yeni təyin olunmuş rektorun təqdimatı
08 Oktyabr, 2025Ankara Universiteti ilə əməkdaşlıq genişlənir
08 Oktyabr, 2025Bursa Uludağ Universiteti ilə əməkdaşlıq protokolu imzalanıb
16 Sentyabr, 2025Xəzər Universiteti nümayəndə heyətinin Buxara səfəri: 95 illik yubiley, “Cadidlər” konfransı və yeni tərəfdaşlıqlar
14 Sentyabr, 2025Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüş  
08 Dekabr, 2025Şanxay Beynəlxalq Araşdırmalar Universiteti Dil Elmləri İnstitutunun əməkdaşlarının seminarları
08 Dekabr, 2025İngilis dili və ədəbiyyatı departamenti  seminarlar keçirib
05 Dekabr, 2025Xəzər Universitetin professoru, politoloq Ramiz Yunusun çıxışları
05 Dekabr, 2025“Narkomaniyaya və erkən evliliyə yox deyək!” adlı tədbir

“Dünya” məktəbində “Açıq Düşüncə-Qlobal Yanaşma” adlı Beynəlxalq Təhsil Forumu keçirildi

2019-cu il mayın 4-5-də Xəzər Universiteti “Dünya” məktəbinin “İnciçiçəyi” Konfrans-Konsert Salonunda “Dünya” məktəbinin təşkilatçılığı ilə “Açıq Düşüncə-Qlobal Yanaşma” adlı Beynəlxalq Təhsil Forumu keçirildi. Forumu keçirməkdən məqsəd qloballaşmanın güclü təsirinə məruz qalaraq dəyişməkdə olan təhsil sistemi ilə əlaqədar mühüm məsələləri müzakirə etmək idi. Forumda Sosial dəyişiklik/maariflənmə üçün tədris; Erkən yaşda təhsil; Təhsildə bərabərlik; Davamlı inkişaf üçün təhsil; İnformasiya dövründə təhsil və tədris; Psixologiya, tədris və öyrənmə və digər mövzular diqqət mərkəzində oldu.

Beynəlxalq forumda İordaniya, Türkiyə, Niderland və İsveçrədən gələn mütəxəssislər, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil İnstitutu və digər qurumların nümayəndələri, “Dünya” məktəbi və Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, məktəb rəhbərləri və müəllimlər, mütəxəssislər iştirak edirdilər.

Aparıcılar forumun işə başladığını elan edəndən sonra “Dünya” məktəbi haqqında film nümayiş etdirildi. Filmin müqəddiməsi olaraq “Dünya” məktəbinin həmtəsisçisi, uzun illər məktəbə rəhbərlik etmiş Nailəxanım İsayeva məktəbin yaranma ideyası və gerçəkləşməsi yolları haqqında ətraflı məlumat verdi. Filmdə “Dünya” məktəbinin Azərbaycan təhsil sistemində yenilikçi və nüfuzlu tədris ocağı kimi təşəkkül tapmasından, beynəlxalq status əldə etməsindən, məzunlarının məşhur xarici universitetlərdə təhsillərini müvəffəqiyyətlə davam etdirərək uğurlu karyera qazanmalarından, şagirdlər üçün yaradılmış nümunəvi təhsil şəraitindən bəhs edilirdi.

Filmin nümayişindən sonra səhnəyə dəvət olunan “Dünya” məktəbinin həmtəsisçisi, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prfessor Hamlet İsaxanlı çıxış edərək, iştirakçıları salamladı və forumun işinə uğurlar arzuladı. Natiq geniş çıxışında forumun əhəmiyyətindən danışaraq qeyd etdi ki, qloballaşma sadəcə bu günümüzün məsələsi deyil, o həm də yeniyetmə və gənclərə miras qoyacağımız gələcəklə bağlıdır. Məhz buna görə də, gələcəyi düşünən hər kəsi bu sual narahat etməlidir: “məktəblər milli kimliyi qoruyaraq, bugünkü şagirdləri qlobal cəmiyyətin uğurlu fərdləri olmağa necə hazırlayır?” Professor Hamlet İsaxanlı əmin olduğunu bildirdi ki, forum bu kimi mühüm məsələləri müzakirə edəcək və tövsiyələr hazırlayacaq.

Beynəlxalq Bakalavr Təşkilatı Regional İnkişaf Mərkəzinin (Niderland) rəhbəri Vedrana Pavletic çıxışında bildirdi ki, “Açıq Düşüncə-Qlobal Yanaşma” mövzusunda forumun keçirilməsi olduqca aktualdır və dünyanın təhsil işçilərini düşündürən məsələdir. Natiq qeyd etdi ki, bu forumun məhz beynəlxalq təhsil sistemində tanınan “Dünya” məktəbində təşkili və keçirilməsi də qanunauyğun bir hadisədir və səmərəli olacaqdır.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında “Dünya” məktəbi kimi bir təhsil ocağının rayon ərazisində yerləşib, fəaliyyət göstərməsindən daim qürur duyduqlarını bildirdi, məktəbin əldə etdiyi nailiyyətlərlə ölkədə və xaricdə tanınması, vətən balalarına dünya standartları səviyyəsində təhsil verməsi və dünyagörüşü formalaşdırması haqqında danışdı.

Forumun açılış mərasimi “Dünya” məktəbi şagirdlərinin çıxışlarından ibarət konsert proqramı ilə başa çatdı.

Forum həmin gün və mayın 5-də işini plenar və bölmə içlaslarında davam etdirdi. Plenar iclaslarda Cenevrə Beynəlxalq Məktəbinin (İsveçrə) direktoru, People Universitetinin Məsləhət Şurasının üzvü Dr. Conrad Hugles (“XXI əsrdə təhsil – 7 böyük çətinlik”), Aqaba Beynəlxalq Məktəbinin (İordaniya) direktoru Mirna Al-Jouzi (“Təhsildə liderlik”), Türkiyədən təhsil eksperti, psixoloq Dr. Mehmet Palancı (“Təhsilin yeni zəkası”) məruzə etdilər.

Bölmə iclaslarında Vedrana Pavletic, Mehmet Palancı, Ənvər Abbasov (Təhsil Problemləri İnstitutu), Fəzilə Muradxanlı (Avropa Azərbaycan Məktəbi), Qoşqar Məhərrəmov (Azərbaycan Müəllimlərin İnkişaf Mərkəzi), elmi işçi Muhammad Ali Khan, “Dünya” məktəbindən direktor Mərufə Mədətli və müəllimlər – Jesus Rosas, Altuntac Məmmədova, Zaur Məmmədov, Giovanni Tovar, Şəhanə Səfərova, Aynur Zülfüqarova, Cəmilə Əsgərova, Nərgiz Mahmudzadə və İlahə Rəhimova, Xəzər Universitetindən dosent Elza Səmədli, Mələk Kərimova, Mustafa Alalawneh, Abdul Rahman Balogun və Muhammad Shittu təqdimatla çıxış etdilər.

Bölmə iclaslarından sora yekunlaşdırıcı plenar içlas keçirildi. Professor Hamlet İsaxanlı, Konrad Hugles, Mirna Al-Jouzi, Vedrana Pavletic və Mehmet Palancı çıxış edərək, forumun nəticələrini yüksək qiymətləndirdilər. Professor Hamlet İsaxanlı forumun işində fəal iştirak etdiklərinə görə xarici və yerli mütəxəssislərə təşəkkürünü bildirdi və Konrad Hugles, Mirna Al-Jouzi, Vedrana Pavletic və Mehmet Palancıya sertifikat təqdim etdi.

Forum işini başa çatdırandan sonra xarici qonaqlar üçün şəhər gəzintisi və şam yeməyi təşkil olundu.

PAYLAŞ
BİZİMLƏ ƏLAQƏ

Copyright © Xəzər Universiteti, 2025