2019-cu il aprelin 22-də Sənaye Mühəndisliyi Klubunun təşkilatçılığı və təlimçi Rövşən Nəcəfovun iştirakı ilə Xəzər Universitetində “İnsan mühəndisliyi” adlı təlim həyata keçirildi. Əvvəlcə, klubun Xəzər Universitetindəki sədri Şücaət Şahidli danışdı və sonra klubun ümumi sədri Hümmət Abdullayev klub haqqında tələbələrə məlumat verdi. Təlimdə tələbələrin şəxsi inkişaflarında psixoloji aspektlər, gələcək karyeralarında uğur qazanmaq, həyatlarında müəyyən və qeyri-müəyyən anlayışlar haqqında müzakirələr aparıldı. Sonda isə xatirə fotoşəkli çəkildi və təlimçilərlə tələbələr süfrə arxasında söhbət etdilər.