2019-cu il martın 29-da Xəzər Universitetində Salam Sarvan yaradıcı yazı dərsinin qonağı oldu. Tələbələr –Suqra Əliyeva, Səkinə Ələkbərova, Sadiq Mirzəyev şairin yaradıcılığını ümumiləşdirən təqdimatla çıxış etdilər. Xəzər Süleymanlı şairin “Yaşaya bilmirəm” şeirini səsləndirdi. Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı S.Sarvanın yaradıcılığından danışdı.
S.Sarvan son “Heykəl tənhalığı” kitabından şeirlər oxudu.