2019-cu il martın 15-də gənc şairlər Emin Piri və İntiqam Yaşar Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin tələbələri ilə görüş keçirtdilər. Diskussiya formasında təşkil olunan görüşdə müəlliflər şeirlərini səsləndirdilər, tələbələrin suallarını cavablandırdılar.
Görüşün təşkilatçısı və moderatoru Xəzər Universitetinin müəllimi Qardaşxan Əzizxanlı çıxışında tələbələrlə belə görüşlərin davamlı xarakter daşıyacağını bildirdi.