Xəzər Universitetinin ingilis dili və ədəbiyyatı departamentnin müəllimi Milana Abbasovanın (PhD namizəd) (Nərminə Məmmədovanın həmmüəllifliyi ilə) “Azərbaycanda ingilis dilinin tədrisində rəqəmsal texnologiyaların rolu” adlı məqaləsi Thomson Reuters Web of Science indeksli “International Journal of English Linguistics” (IJEL) jurnalında çapdan çıxmışdır.
“International Journal of English Linguistics” (IJEL) jurnalı Kanada Elm və Təhsil Mərkəzi tərəfindən nəşr olunan, iki anonim rəy əsasında çap olunan beynəlxalq jurnaldır.
Məqaləni bu link vasitəsilə oxumaq olar:
http://www.ccsenet.org/journal/index.php/ijel/issue/view/0/2038.