Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında diplomların verilməsi mərasimi keçirilmişdir. Mərasimdə Xəzər Universitetinin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlıya da dosent attestatı təqdim olunmuşdur.
İsaxan İsaxanlıya dosent elmi adı verilməsi haqqında qərar Ali Attestasiya Komissiyasının 25 yanvar 2019-cu il tarixli kollegiya iclasında qəbul edilmişdi.