Xəzər Universiteti Tarix və arxeologiya departamentinin yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirin təşkil edilməsində fəal iştirakına görə tarix müəllimliyi ixtisasının II il tələbələri sertifikatla təltif edildilər. Sertifikatları İctimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyli təqdim etdi. Sertifikatlar təqdim edildikdən sonra Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova tələbələrə öz təşəkkürünü bildirdi.
Tədbirin ikinci hissəsində tələbələrlə birlikdə çay süfrəsi arxasında söhbət edildi.