Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimovanın “Rəqəmsal Simvollarla Ünsiyyətin Psixoloji Təhlili” adlı məqaləsi Ali Attestasiya Komissiyasının Dövri Elmi Nəşrlərin çapı üçün tövsiyə edilən Sumqayıt Dövlət Universiteti “Elmi Xəbərlər” Sosial və Humanitar Elmlər bölməsinin 14-cü cild, 4-cü nömrəsində çap edilmişdir. Məqalədə rəqəmsal vizual mədəniyyətlə yanaşı, internetin ünsiyyət tərzimizi necə dəyişdirdiyi və emosiyalarının yeni ifadə vasitəsi kimi “emojilər” araşdırılmışdır.
Məqaləni tam şəkildə PDF formatda bu link vasitəsilə oxumaq olar.