2018-ci il dekabrın 18-də Azərbaycanın ilk saat markası –VMF saatlarının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun diplomu ilə təltif edildi. Professor İsaxanlı "ölkənin tərəqqisi naminə göstərdiyi əhəmiyyətli fəaliyyət və əvəzsiz xidmətlərə görə" bu diploma layiq görülmüşdür.