2018-ci il dekabrın 13-də Xəzər Universiteti Karyera Mərkəzinin təşəbbüsü ilə ABŞ-ın Azərbaycandakı səfirliyində təcrübə keçmək imkanı ilə bağlı tədbir keçirildi. Tədbir zamanı səfirliyin insan resursları departamentindən, Sevim Nuriyeva hazırkı təcrübə proqramları ilə bağlı tələbələrə məlumat verdi. O, öz çıxışında, eyni zamanda, müraciət formasının hansı şəkildə doldurulması ilə bağlı tələblərdən danışdı.
Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı.