2018-ci il noyabrın 28-də Xəzər Universitetinin əcnəbi tələbələri universitetdə tələbə həyatlarını daha rəngarəng və maraqlı etmək üçün ideya və layihələrini bölüşmək məqsədilə Beynəlxalq əlaqələr şöbəsində görüş keçirdilər. Görüşdə tələbələr festivalların, Yeni il şənliyinin, birgə turların, yarışların, konfransların və bloqların təşkili, dünyanın eyni regionundan olan tələbələr arasında koordinasiyanın asanlaşdırılması üçün regional cəmiyyətlərin yaradılması, həmçinin, xeyriyyə və könüllülük fəaliyyətinin təşkilinə dair öz maraq və ideyalarını dilə gətirdilər. Görüşdə Ekvador, Əfqanıstan, İndoneziya, İraq, Mavritaniya, Nigeriya, Şri Lanka, Zimbabve və Pakistandan olan tələbələr iştirak edirdilər.
Tələbələrin səsləndirdikləri bütün ideyalar müzakirə olundu və növbəti pillədə hər birinin layihə halına gətirilməsi üçün işlər aparılması qərara alındı.