2018-ci il noyabrın 26-da Xəzər Universiteti İnkişaf Mərkəzi və Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Təhsil fakültəsinin Fulbright professoru Dr. Qaisar Sultananın (Təhsil Kolleci, Kentuki Universiteti, ABŞ) təqdimatında “Tələbə öyrənməsinin sinifdə qiymətləndirilməsi” adlı seminar keçirildi. Seminarda universitetin əməkdaşları və müəllimləri iştirak edirdilər. Dr.Sultana qiymətləndirmənin vacibliyi, onun kriteriyaları və üsulları haqqında iştirakçılara məlumat verdi. Seminar qarşılıqlı diskussiya şəklində keçdi və iştirakçılar sonda seminar haqqında yazılı fikirlərini bildirdilər.
Qeyd edək ki, bu seminar Erasmus Plus PETRA layihəsi (573630-EPP-1-2016-1-AZ-EPPKA2-CBHE-JP) çərçivəsində həyata keçirilir.