2018-ci il noyabrın 27-də Telman Nüsrətoğlunun tədris etdiyi Qafqaz xalqları tarixi fənninin qonağı professor Əjdər İsmayılov (Tağıoğlu) oldu. Qədim ön Asiya və ön Qafqaz Türk tayfaları, saxta erməni tarixi və əlifbası ilə bağlı son dövr önəmli tədqiqat əsərlərinə imza atan Professor İsmayılov tələbələrə öz tədqiqatları haqqında məlumatlar verdi. Xüsusilə, dərs ermənilərin Qafqazdakı qədim Türk mənəvi, mədəni, dövlət mirasını necə “erməniləşdirərək” saxta tarix yaratmağa çalışdığını ortaya çıxarması baxımından faydalı oldu.