2018-ci il noyabrın 22-də Xəzər Universiteti İqtisadiyyat və menecement departamentinin turizm və otelçilik ixtisasının tələbələri K.Behbudovun başçılığı ilə Azərbaycan Hərb Tarixi Muzeyində oldular. Səfər zamanı muzey əməkdaşları tələbələrə Azərbaycan hərb sənayesinin, elminin, tarixinin inkişafı, habelə, qanlı Qarabağ döyüşləri və muzeydə saxlanılan bir çox silah, ağır artilleriya qurğuları haqqında məlumat verdilər.
Tədbir diskussiya ilə başa çatdı.