2018-ci il noyabrın 16-da Yazıçılar Birliyinin akt zalında Türkiyə Səfirliyinin Mədəniyyət müşavirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin “Qloballaşmanın fəlsəfə, ədəbiyyat və mədəniyyət üzərindəki təsirləri” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Türkiyə, Fransa ve Əlcəzairdən olan alimlər iştirak edirdilər. Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi Dr. Telman Nüsrətoğlu Quliyev də konfransda “Qloballaşma və mədəniyyət imperyalizmi” mövzusunda məruzə etdi.