2018-ci il noyabrın 16-da Xəzər Universiteti Coğrafiya və etraf mühit departamentinin coğrafiya ixtisasının tələbələri Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq Ətraf Mühit (CASPIAN ECOLOGY) sərgisində oldular. Sərgidə tələbələrimiz müxtəlif stendlərə baş çəkdilər və GIZ alman şirkətinin stendində sual-cavabda iştirak edərək, müxtəlif hədiyyələr qazandılar.