2018-ci il noyabrın 15-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşkilatçılığı ilə İqtisadiyyat və Menecment fakültəsinin 3-cü kurs tələbələrinə ekoloji iqtisadiyyat və siyasət (“Environmental Economics and Policy”) fənnindən Böyükşor gölünə ekskursiya təşkil olundu. Çöl tədqiqatı zamanı tələbələr Böyükşor gölün çirklənmə mənbələri, davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi haqqında ərtaflı praktiki biliklər aldılar.