2018-ci il noyabrın 15-də 14 Noyabr –Beynəlxalq Coğrafiya İnformasiya Sistemləri (CİS) günü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri 78 nömrəli tam orta məktəb, AMEA-nın Coğrafiya İnstitutu və Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşkilatşılığı ilə “Ümumi təhsil müəssisələrində CİS tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı tədbir təşkil olundu. Tədbirdə Azərbaycanın müxtəlif universitetlərinin müəllimləri və magistrləri, Bakı şəhər orta məktəb müəllimləri, AMEA-nın Coğrafiya İnstitutunun müəllimləri və magistrləri, Caspian Geomatics və Caucasus şirkətlərinin əməkdaşları iştirak edirdilər.