2018-ci il oktyabrın 11-i və 12-də Xəzər Universiteti Humanitar və Sosial Elmər fakültəsinin I kurs (tərcümə və regionşünaslıq ixtisasları) tələbələri Tarix və arxeologiya departamentinin müəllimi Zəhra İslamovanın rəhbərliyi ilə muzeydə oldular. Məqsəd tələbələrin tarixi biliklərini və Azərbaycanın maddi-mədəni irsi ilə birbaşa və əyani surətdə tanışlığını təmin etmək idi.
Azərbaycan tarixinin bütün dövrlərini özündə əks etdirən eksponatlar tələbələrin marağına səbəb oldu.