2018-ci il il oktyabrın 22-də Xəzər Universitetinin Karyera Mərkəzi tələbələrlə “Praktiki müsahibə” keçirdi. Müsahibədə 3-cü və 4-cü kurs tələbələri iştirak edirdilər.
Tələbələr onlara ünvanlanan müxtəlif sualları cavablandıraraq, müsahibə zamanı ifadə şəkli və davranış qaydaları ilə tanış oldular.
Tələbələr özlərini daha yaxşı ifadə etməyi və gələcək iş müsahibələrini daha uğurla keçməyi öyrəndilər.