2018-ci il oktyabrın 11-də Xəzər Universitetinin Tədqiqata Dəstək Mərkəzinin təşkilatçılığı ilə Çikaqo Universitetinin (ABŞ) Fulbright alimi professor Nadeem Fazal “Konfrans və ya məqalə üçün elmi xülasəni necə yazmalı” mövzusunda seminar/təlim verdi.
Seminarda Xəzər Universitetinin digər Fulbright alimləri, Ph.D. və magistr tələbələr, tədqiqatçılar və kitabxana əməkdaşları iştirak edirdilər.