2018-ci il oktyabrın 12-də Xəzər Universitetinin “Neftçilər” kampusunda Türkiyənin Manisa Celal Bayar Universitetinin nümayəndələri ilə görüş keçirildi.
Manisa Celal Bayar Universitetini prorektor Prof. Dr. Bilal Habeş Gümüş və Erasmus+ mütəxəssisi İpek Yeniay təmsil edirdi. Xəzər Universitetini isə rektor Dr. Hassan Niknafs və Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova təmsil edirdi.
Görüşün məqsədi Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq imkanlarını, xüsusilə də, beynəlxalq kredit mobilliyini müzakirə etmək idi.
Qeyd edək ki, Manisa Celal Bayar Universiteti Xəzər Universiteti ilə kredit mobilliyi həyata keçirmək üçün maliyyə dəstəyi əldə etmişdir. Maliyyə dəstəyi tələbə və müəllim mübadiləsi həyata keçirmək üçün nəzərdə tutulmuşdur.